Qatlana bilən iPhone gəlir?

01.10.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Samsung şirkəti qatlana bilən OLED ekranları Şimali Amerikadan olan bir müştəriyə təqdim etməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə “Samsung Display”in prezidenti Li Çonq məlumat verib.

Onun sözlərinə görə, hazırda panellərin kütləvi istehsalı planlaşdırılır. Müştərinin adı açıqlanmasa da, texnologiya dairələri bunun Apple ola biləcəyini istisna etmir.

Bu ehtimal “iPhone Fold” barədə uzun müddətdir yayılan məlumatları yenidən gündəmə gətirib.

Qeyd edək ki, daha əvvəl Google “Pixel Fold” modeli ilə qatlana bilən telefon bazarına daxil olub. Apple-ın da bu sahəyə qoşulacağı təqdirdə rəqabətin daha da artacağı gözlənilir.

Seyranə Quliyeva
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью