Qattuzo bu futbolçunu məşqdən qovdu

01.08.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, “The Touchline”ın məlumatına görə, məşq zamanı Qattuzo yarımmüdafiəçi Kennet Teylorla qızğın mübahisə edib. Nəticədə məşqçi oyunçuya meydandan çıxmağı əmr edib.

Kennet Teylor “Ayaks”dan transfer olunduqdan sonra bu ilin yanvar ayından “Latsio”nun şərəfini qoruyur. O vaxtdan bəri niderlandlı yarımmüdafiəçi 21 oyunda meydana çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.

Cennaro Qattuzo iyun ayında “Latsio”nun baş məşqçisi təyin edilib.(publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью