Qattuzo: “İnsanlar mənim haqqımda elə danışır ki…”

12.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Latsio”nun çalışdırıcısı Cennaro Qattuzo məşqçilik karyerasından danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis İtaliya mətbuatına açıqlamasında bunları deyib:

“İşlədiyim hər yerdə uğursuz olmamışam. İnsanlar mənim haqqımda elə danışır ki, sanki bir yerdə qərar tutmayan biriyəm. Karyerama baxın, “Milan” və “Napoli”də bir xalla Çempionlar Liqasına düşə bilmədim. “Hayduk”la çalışanda isə son turda qızıl medalları əldən verdim. Bunlar real statistikadır”.

Qattuzo bu yaydan “Latsio”ya rəhbərlik edir. Paytaxt təmsilçisi 6 turdan sonra 16 xalla turnir cədvəlində ikinci sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью