Qatvik hava limanındakı qatar stansiyası təxliyə olunub

29.09.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London, 29 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Qatvik hava limanı stansiyası həddən artıq sıxlıq səbəbindən təxliyə edilib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hadisəyə dəmir yolunda baş verən bir neçə insident səbəb olub.

Şirkətin məlumatına görə, bazar ertəsi səhər saatlarında iki nəfər qatarın vurması nəticəsində xəsarət alıb. Hər iki hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub. Buna görə də “Southern Railway” şəbəkəsində iki saata qədər gecikmələr yaranıb. Nəticədə Luton–London “St.Pancras International” və Qatvik hava limanı istiqamətlərində qatarlar ləngimə, ləğv və ya marşrut dəyişiklikləri ilə üzləşib. Şəbəkədə böyük pozuntuların günün sonuna qədər davam edəcəyi bildirilib.

Sərnişinlərə mümkün olduqda səfərlərini təxirə salmaları tövsiyə olunub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью