Qavi Azərbaycan klubunda ÖZƏL

17.07.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Karvan” heyətini daha bir futbolçu ilə gücləndirib. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla razılığa gəlib. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.

25 yaşlı oyunçu ilə yaıxn günlərdə rəsmi müqavilə imzalanacaq. 

Nigeriya U-20 millisinin sabiq üzvü son olaraq “Sportinq Laqos”da çıxış edib. O, karyerası ərzində 80 oyunda çıxış edib və 8 qol vuub. Qavinin aktivində məhsuldar ötürmə var. 

Təcrübəli futbolçu daha öncə İsrailin “Hapoel” (Afula), Litvanın “Heqelman” klublarında forma geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью