Qavi İngiltərədə oynamaq imkanından imtina edib

26.08.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

İngiltərənin “Mançester Yunayted” futbol komandası orta xətti gücləndirmək üçün nəzərdən keçirdiyi variantlardan biri reallaşmayıb.

İdman.Biz xəbər verir ki, “Barselona”nın ispaniyalı futbolçusu Qavi İngiltərə klubuna keçmək imkanını rədd edib.

21 yaşlı yarımmüdafiəçinin “Barselona”dan ayrılmağa və “Mançester Yunayted”in layihəsinə qoşulmağa müsbət yanaşmadığı bildirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью