futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona”nın yarımmüdafiəçisi Qavi komanda yoldaşı Lamin Yamalın ünvanına təriflər yağdırıb.
Futbolpress.az xəbər verir ki, “Men’s Health” nəşrinə danışan gənc yarımmüdafiəçi 2023-cü ildən Kataloniya klubunun əsas heyətində çıxış edən hücumçunun oyunundan və yanaşmasından heyranlığını gizlətməyib:
“O, meydanda möhtəşəmdir, məşqlərdə isə məni daha çox təəccübləndirir. Ondan gözləntim yalnız inkişaf etməyə davam etməsidir. Kifayət qədər yüksək potensiala malik olduğunu yaxşı bilir və tarixin ən yaxşı futbolçularından birinə çevrilə bilər. Düzgün yanaşmaya sahib olduğunu görürəm, əsas məsələ də budur. Vəziyyəti ayıq başla qiymətləndirir. Qarşıda onu uzun karyera gözləyir və hər gün eyni tempdə çalışmalıdır. Mentalitet baxımından hər şey qaydasındadır”.
2025/26 mövsümündə Yamal “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla keçirdiyi 45 oyunda 24 qol vurub və 18 məhsuldar ötürmə müəllifi olub. O, komandası ilə birlikdə İspaniya çempionu və ölkə Superkubokunun qalibi adını qazanıb. Bundan əlavə, 19 yaşlı vinger İspaniya milli komandası ilə DÇ-2026-nın qızıl medallarına sahib çıxıb.