Qavi sağ dizindən zədələnib

24.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun 22 yaşlı yarımmüdafiəçisi Qavi La Liqanın II turunda "Elçe" ilə matçda (5:0) zədələnib.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci hissənin sonunda əvəzlənən futbolçuya sağ dizin əzilməsi diaqnozu qoyulub.

Onun dəqiq bərpa müddəti bəlli olmasa da, onun yaxın vaxtlarda məşqlərə qayıdacağı gözlənilir.

Qeyd edək ki, ispaniyalı futbolçu 2023-cü ildə ön çarpaz bağların qırılması səbəbindən ağır diz zədəsi almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью