Qax sakini silahdan açılan atəşdən xəsarət alıb | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumat yayır. Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Ondan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu