Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariya Azərbaycan və Ermənistanı “tarixi sülhə doğru mühüm addım” münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, Qaxariya qonşu Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı ABŞ Prezidenti Donald Trampın liderliyi və iştirakı ilə mümkün olan bu əhəmiyyətli nailiyyət münasibətilə təbrik etdiyini bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda mövcudluğu regional sülh, təhlükəsizlik və rifah üçün əsas rol oynayır. Keçmiş baş nazir qeyd edib ki, ölkələr yeni dünya nizamında milli maraqlarını irəli sürərkən, Gürcüstan strateji əhəmiyyətini itirmək riski ilə üz-üzədir və mövcud “Gürcü Arzusu” hökumətinin qəsdən atdığı addımlar və səriştəsiz idarəetmə nəticəsində getdikcə daha çox təcrid olunmuş vəziyyətə düşür.
Onun fikrincə, hazırkı hakimiyyət ABŞ ilə münasibətləri bərpa etmək və Gürcüstanı Cənubi Qafqazda Amerika gündəliyinin mərkəzi elementinə çevirmək əvəzinə, ABŞ-a qarşı hücumlar və dezinformasiya ilə məşğul olur, düşmən qüvvələrlə yaxınlaşır.
Qaxariya vurğulayıb ki, bu yanaşma təkcə Gürcüstanın təhlükəsizlik maraqlarını deyil, eyni zamanda regionda davamlı və uzunmüddətli sülhü, eləcə də ABŞ-ın milli təhlükəsizlik maraqlarını təhlükə altına qoyur.
Tahir Turan
Globalinfo.az