Qaxda 1 tondan artıq çətənə kolu məhv edildi

08.06.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.

Modern.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Baxış zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan, 3300 ədəd çətənə kolunun bitdiyi müəyyən edilib. Aşkar edilən bitkilər müvafiq qaydada məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью