Qaxda 21 yaşlı gənc bıçaqlanıb

12.11.2024

Icma.az bildirir, Apa.az portalına istinadən.

Qaxda 21 yaşlı gəncin bıçaqlanması faktı qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kənd qeydiyatında olan 2003-cü il təvəllüdlü Yusif Elmar oğlu Danyel qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Y. Danyel cərrahiyyə əməliyyatı olunandan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью