Qaxda 21 yaşlı gənci bıçaqladılar

12.11.2024

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaxda 21 yaşlı gəncin bıçaqlanması faktı qeydə alınıb.

Lent.az-ın məlumatına görə, rayonun İlisu kənd qeydiyatında olan 2003-cü il təvəllüdlü Yusif Elmar oğlu Danyel qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Y. Danyel cərrahiyyə əməliyyatı olunandan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью