Qaxda 21 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb YENİLƏNİB

12.11.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

***

08:08

Qaxda 21 yaşlı gəncin bıçaqlanması faktı qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun İlisu kənd qeydiyatında olan 2003-cü il təvəllüdlü Yusif Elmar oğlu Danyel qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Y. Danyel cərrahiyyə əməliyyatı olunandan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью