Qaxda ağaca çırpılan avtomobilin sürücüsü öldü

30.12.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, dekabrın 30-da saat 01 radələrində Qax rayonu ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü, 1985-ci il təvəllüdlü Tural Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью