Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qax rayonunun Əlibəyli kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
“Bakupost”a daxil olan məlumata görə, Mercedes və "Niva" markalı avtomobillərin iştirakı ilə baş verib.
Bildirilib ki, Mercedes markalı avtomobildə iki nəfər olub. "Niva" markalı avtomobildə isə ailə üzvləri hərəkət edirmiş. Qəza nəticəsində azyaşlı uşaq həyatını itirib.
Hadisədən sonra ailə üzvlərindən olan bir qadının itkin düşdüyü bildirilir.