Qaxda ağır qəza Xəsarət alan var

06.12.2024

Manset portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az xəbər verir ki, Qax şəhər sakini, 42 yaşlı Ramin Mustafayev "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara vurub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью