Qaxda ağır qəza: Xəsarət alanlar arasında uşaqlar da var

07.06.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Qax rayonunun Qax-Qorağan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 16:00-da baş verib.

"Honda" və və VAZ-2199 markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Bunlar VAZ-ın sürücüsü, Qax rayonunun Turaclı kənd sakini, 1986-cı il təvəllüdlü Bəşirov Şahlar, 2016-cı il təvəllüdlü Ömər Mehman oğlu Abdulla və 2013-cü il təvəllüdlü İbrahim Mehman oğlu Abdulladır.

"Honda" markalı avtomobilin sürücü, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayev Mehman xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью