Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.