Qaxda ana ata və 3 uşaq tüstüdən zəhərləndi

22.02.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Qaxda kütləvi zəhərlənmə olub.

Lent.az xəbər verir ki, hadisə Ləkit kəndində baş verib.

39 yaşlı Vaqif Süleymanov, onun xanımı 37 yaşlı Röyanə, eləcə də, onların 15, 13 və 7 yaşlı övladları işıq generatorunun tüstüsünün evə daxil olması nəticəsində zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью