Qaxda avtomobil ağaca çırpıldı Körpə öldü

13.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Publika.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Hadisə rayonun Əmircan kəndi ərazisində qeydə alınıb. Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsindəki 2024-cü il təvəllüdlü körpə həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью