Qaxda avtomobil ağaca çırpıldı, körpə öldü KONKRET

12.11.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qax rayonunda yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 17 radələrində Qax rayonunun Əmircan kəndi ərazisində Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə nəqliyyat vasitəsindəki 2024-cü il təvəllüdlü körpə həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью