Qaxda avtomobil ağaca çırpılıb, körpə ölüb

12.11.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qax rayonunda yol qəzası olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 17 radələrində Qax rayonunun Əmircan kəndi ərazisində Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsindəki 2024-cü il təvəllüdlü körpə həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью