Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var

05.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Qaxda minik avtomobili divara çırpılıb, xəsarət alan var.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərinin ərazisində baş verib.

42 yaşlı Qax şəhər sakini Ramin İbrahim oğlu Mustafayev idarə etdiyi “Volkswagen” markalı minik avtomobilində idarəetməni itirərək maşını divara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Mustafayev Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью