Qaxda avtomobil divara çırpılıb Yaralı var

06.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qaxda yol qəzası olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin İsmayıl Dağıstanlı küçəsində baş verib.

Belə ki, şəhər sakini Mustafayev Ramin İbrahim oğlu minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil əvvəlcə yol kənarındakı divara, daha sonra isə işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü ağır xəsarətlər alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, avtomobilin çırpıldığı divar uçaraq ərazidəki evlərdən birinə də ziyan vurub.

Faktla bağlı araşdırma aparılır.


“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью