Qaxda avtomobilin vurduğu piyada həyatını itirib

01.02.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qax, 1 fevral, Rasim İslamoğlu, AZƏRTAC

Qaxda insan ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupuna istinadən bildirir ki, fevralın 1-də saat 21 radələrində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə Qax rayonunun Güllük kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью