Qaxda azyaşlını yük maşını vurub

03.01.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qaxda 8 yaşlı qızı yük maşını vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Çüdüllü kəndində baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağıq qiymətləndirilir.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью