Qaxda BMW TIR la toqquşub: Qəzanın TƏFƏRRÜATI KONKRET

07.07.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qax rayonunun Güllük kəndi istiqamətində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.

KONKRET.az xəbər verir ki, qəza yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Belə ki, Raziyə Əsgərzadənin idarə etdiyi 77-ZK-808 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil Nizami Hacıyevin idarə etdiyi 77-BY-616 dövlət qeydiyyat nişanlı TIR-la toqquşub.

İlkin məlumata əsasən, hadisəyə BMW-nin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью