Qaxda çay kənarından Kalaşnikov tapıldı

07.03.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qax rayonunda çay sahilindən odlu silah tapılması barədə polisə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb. Aşkar olunmuş silah müvafiq ekspertizaya göndərilib. 

Şöbə əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində isə rayon sakinləri müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью