Qaxda dəhşətli qəza: 1 ölü, 4 yaralı var

06.10.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə oktyabrın 6-da gecə saat 02 radələrində qeydə alınıb.
Rayon sakini Kamran Məmmədovun "Opel" markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb.
Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb. (Oxu.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью