Qaxda əhalinin elektrik enerjisi, rabitə və mavi yanacaqla təminatı yaxşılaşır

27.01.2026

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qax, 27 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Qax şəhərinin ərazisində, həmçinin Qaxbaş, İlisu, Qaratala, Qaşqaçay, Armudlu və Ləkit kəndlərində istismara yararsız dayaqlar yeni metal boru dayaqlarla əvəz edilib, Qaxbaş və Qaşqaçay kəndlərində elektrik xətləri yenilənib, Qaratala kəndində 1 ədəd kompleks transformator mərkəzi quraşdırılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalinin sürətli internetə çıxışını təmin etmək və rabitə xidmətini yaxşılaşdırmaq məqsədilə “Aztelekom” MMC-nin Şimal-Qərb filialının Qax şöbəsində, Mərkəzi EATS-də 256 nömrəlik stansiya və 1 ədəd yeni nəsil transmissiya avadanlığı quraşdırılaraq istismara verilib, eyni zamanda, 1063 nömrə GPON texnologiyasına qoşulub və ümumilikdə rayon üzrə nömrələrin sayı 13261-ə çatıb.

Rayonda əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilir. Belə ki, son dövrdə 129 mənzil qazlaşdırılıb və əhali abonentlərinin sayı 11379-a çatdırılıb. Təbii qaz itkisinin qarşısının alınması məqsədilə rayon ərazisində Qax Xidmət Sahəsi və “Təmiz Qaz” QSC tərəfindən yeraltı, yerüstü yivli və qaynaq birləşmələrində aşkar olunmuş 925 ədəd qaz sızması aradan qaldırılıb. Eyni zamanda, 130 qaz sayğacı küçə xəttinə çıxarılıb, 390 ədəd yararsız qaz kranı, 45 ədəd fərdi qaz tənzimləyicisi və 2553 ədəd istismar müddəti bitmiş qaz sayğacı yenisi ilə əvəzlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью