Qaxda göbələkdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirildi

31.10.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaxda 7 nəfər qidadan zəhərlənib.

Gununesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.

TƏBİB-dən verilən məlumata görə, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər (qadın, kişi) ambulator müalicə üçün evə buraxılıb,

5 nəfər isə (kişi) daha ixtisaslı tibbi xidmət almaq üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə təxliyə edilib.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, onların göbələkdən zəhərləndiyi etimal olunur.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью