Qaxda göbələkdən zəhərlənənlərin SON durumu

03.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Göbələk zəhərlənməsi ilə Qaxdan Bakıya gətirilən beş nəfər xəstənin son durumu məlum olub.
Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 30.10.2026-cı il tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 5 nəfər şəxsin (kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Qaxda yeddi nəfər zəhərlənmiş, onlardan beşi Bakıya çatdırılmışdı.
İlkin məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.
Fəridə, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью