Qaxda iki nəfər bir birinə xəsarət yetirib

20.03.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qax, 19 mart, AZƏRTAC

Bu gün saat 19 radələrində Qax şəhərində 34 yaşlı Adil Abdurəhmanov yaşadığı ünvanda tanışı 18 yaşlı Rəvan Qadaşova kəsici alətlə xəsarət yetirib. R.Qadaşov isə boşqabla A.Abdurəhmanova xəsarət yetirib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Tərəflərin xəsarətləri ilə bağlı müvafiq ekspertiza təyin olunub.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью