Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qax rayonunun Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.