Qaxda maşın aşdı 4 nəfər xəsarət aldı

19.11.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Qax rayonunun Qaysarlı kənd ərazisində olub.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı Qax rayonunun Qaysarlı kənd sakinləri – 16 yaşlı Yusif Aslanlı, 16 yaşlı Elgün Buğdaliyev, 16 yaşlı Qədir Məmmədli və Bakı şəhər sakini, 15 yaşlı Anar Əfəndizadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью