Qaxda maşın divara çırpıldı

05.12.2024

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qaxda minik avtomobili divara çırpılıb, xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax şəhərinin ərazisində baş verib.

42 yaşlı Qax şəhər sakini Ramin İbrahim oğlu Mustafayev idarə etdiyi "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Mustafayev Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью