Qaxda qəza baş verib, bir nəfər xəsarət alıb

03.02.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qax, 3 fevral, AZƏRTAC

Qorağan-Qax avtomobil yolunda qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ rayon sakini 44 yaşlı Kamran Əzizovun idarə etdiyi “QAZel” markalı avtomobillə digər yük maşını toqquşub. Nəticədə “QAZel” yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью