Qaxda qəzada yaralananların adları FOTOLAR (YENİLƏNİB)

08.06.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qaxda qəzada xəsarət alanların kimliyi açıqlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, Bu gün saat 11 radələrində Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hunday” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.

Nəticədə “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov,  sərnişinləri - 43 yaşlı Gülər İsmayılov, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.  

Xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

*** 11:56

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda" " Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Seymur Əli



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью