Qaxda “Vito” ağaca çırpıldı, yaralılar var Foto

06.01.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” nun məlumatına görə, hadisə səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

Belə ki, “Vito” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Balakən rayon sakinləri Telliyev Elvin Cavanşir oğlu və Göylərova Günel Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mübariz Muradov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью