Qaxda yaşadılan MARAQLI ƏNƏNƏ Şərab küpü açma mərasimi FOTO | Icma.az
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qax rayonunun bir neçə yaşayış məntəqəsində məskunlaşan gürcü xalqının nümayəndələri əsrlərdir ki, buranın digər sakinləri ilə birlik və bərabərlik şəraitində yaşayır.
Digər azsaylı xalqlar kimi gürcülər də öz dil və dinlərini inkişaf etdirməklə yanaşı, həm də folklor və mədəniyyətlərini, adət-ənənələrini yaşadır və inkişaf etdirirlər.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaşadılan maraqlı ənənələrdən biri də bayram və mərasimlər ərəfəsində, toy və ad günlərində, eləcə də xüsusi qonaq gələndə onların adına şərab yaxud çaxır küpünün açılma mərasimidir.
Bu günlərdə əməkdaşlarımız Qaxın Qaxbaş kəndində Qulaşvili ailəsinin qonağı olub.Qapıda bizi ev sahibi Giya dayı mehriban və gülərüz şəkildə qarşılayır.Şirin Qax ləhcəsi, bəzən də gürcü sözləri ilə “xoş gəldin” deyir.
Həyətə daxil olan andan buradakı səliqə-sahman və bu payız günündə həyətin hər tərəfinin gül-çiçəklə bəzənməsi diqqətimizi cəlb edir.
Həyətdəki səliqə-sahmandan hiss edirik ki, Giya dayı və ömür-gün yoldaşı Tseri xanım zəhmət insanlarıdır.
Əsasən də Giya dayı bir anda həyətindəki ağacları bir-bir tərif edir.Giya dayının şirin qaxlı ləhcəsi isə adamı valeh edir.
Deyir, burda qaxlıların içində dünyaya göz açıb. On illərdir, xeyr-şərləri birdi.
Tam oxu
Xəbəri oxu