Qaxda yol qəzası: xəsarət alan var

05.12.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata əsasən, Qax şəhər sakini, 42 yaşlı Ramin Mustafayev "Volkswagen" markalı minik avtomobilində idarəetməni itirərək maşını divara vurub.

Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью