Qaxda yük avtomobilinin vurduğu azyaşlının vəziyyəti ağır olaraq qalır AZƏRTAC

03.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qax, 3 yanvar, AZƏRTAC

Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nəticələnən yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən Qax şəhər sakini, 2017-ci il təvəllüdlü Arzu Ramazanova avtomobil vurması nəticəsində xəstəxananın Təcili yardım şöbəsinə daxil olub. Ona ilkin yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır, vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olarkən yolu keçən azyaşlını vurub. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью