Qaxdakı şəhərindəki məktəb liseyin qızlardan ibarət basketbol komandası respublika çempionatında ikinci yeri tutub

17.12.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəki, 17 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Məktəblilər arasında respublika çempionatının final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil edən Qax şəhəri N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin qızlardan ibarət basketbol komandası ikinci yerə layiq görülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən yarışın əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və istedadlı şagirdlərin üzə çıxarılması olub.

Qeyd edək ki, çempionatın şimal-qərb bölgəsində keçirilən zona mərhələsində basketbol idman növü üzrə yarışlarda oğlan və qızlardan ibarət 78 komandanın tərkibində, ümumilikdə, 544 məktəbli-idmançı mübarizə aparıb. Oğlanlar arasında Zaqatala şəhər Vətən Müharibəsi Qəhrəmanı Ş.Qaflanov adına Humanitar fənlər təmayüllü gimnaziyanın, qızlar arasında isə Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin komandaları birinci yerə layiq görülərək, finalda iştirak etmək hüququ əldə etmişdilər.

-1 / 2

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью