Qaxdakı zəhərlənmənin səbəbi bilindi

31.10.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qax rayonunda baş vermiş qida zəhərlənməsi faktı araşdırılıb.
Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 
İlkin  məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verdiyi müəyyən edilib.
Bununla əlaqədar, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir daha əhaliyə müraciət edərək mənşəyi məlum olmayan, növü dəqiq müəyyən edilməyən, tanımadıqları və yeməli olduğuna əmin olmadıqları yabanı göbələklərin toplanılmasından və istehlakından çəkinməyə çağırır.
Bizim.Media 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью