Qaya uçqununa görə Qubanın bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib

19.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Quba , 19 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.

Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью