Qayalıqda yoqa ilə məşğul olan rus aktrisanı dalğa aparıb

08.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Tailandın məşhur turist adası Koh Samuidə tətildə olan rus aktrisa Kamilla Belyatskaya faciəvi şəkildə həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qadın dəniz kənarında yoqa ilə məşğul olarkən nəhəng dalğanın onu sürükləməsi nəticəsində dənizdə yoxa çıxıb.

3 metrə çatan dalğalar xilasetmə qruplarının işini çətinləşdirib.

Belyatskayanın cəsədi hadisə yerindən təxminən bir kilometr aralıda tapılıb. 

Səlahiyyətlilər hadisənin baş verdiyi yerin əsas məqsədinin çimmək deyil, mənzərəni seyr etmək olduğunu bildirərək, hadisədən sonra oxşar qəzaların qarşısını almaq üçün mənzərənin altındakı qayalıq əraziyə girişi qadağan ediblər.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью