Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

21.07.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xilasedicilər Qayana sahillərində bərə qəzası zamanı boğulan 41 nəfərin meyitini aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" rəsmilərin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, 77 nəfər xilas edilib. Qəza bölgəsindəki axtarış-xilasetmə əməliyyatına 16 gəmi, həmçinin dalğıclar cəlb olunub.

Xatırladaq ki, iyulun 19-da "MV BARIMA" bərəsi Barima-Vaini regionuna gedərkən Qayana sahillərində aşıb. Son məlumatlara görə, gəminin göyərtəsində 179 nəfər olub. Qalan şəxslərin axtarışı davam edir.

Hakimiyyət orqanları qəzaya gəminin həddindən artıq yüklənməsinin və heyət üzvlərinin idarəetmədə buraxdığı səhvin səbəb ola biləcəyini ehtimal ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью