Qayda ilə sürə bilməyən xanım sürücü kameraya düşdü VİDEO

29.12.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda manevr qaydasını pozan xanım sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 7-də, paytaxtın Hüseyn Cavid prospektində baş verib.

Belə ki, 90-NO-678 qeydiyyat nişanlı "Porsche" markalı avtomobilin sürücüsü sola dönmə işığını yandıraraq sağ zolağa manevr edib. O, dönmə işığını düz yandırmadığı üçün arxadan gələn sürücüləri çaşdırıb.

Sağ zolaqla hərəkət edən sürücü sonradan fikrini dəyişərək Parlament prospekti istiqamətinə hərəkət edib. Bu zaman təhlükəsizlik adacığının üzərinə çıxaraq növbəti dəfə qaydaları pozub.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью