Qayda pozan piyadalar qışqıraraq sürücünü günahkar çıxardılar VİDEO

26.01.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Nizami rayonunda, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsində qayda pozan piyadalar kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 25-də axşam saatlarında qeydə alınıb. Görüntülərdə bir qrup qadının yolu piyada keçidi olmayan hissədən keçdiyi, bu zaman hərəkətdə olan avtomobilə məhəl qoymadığı əks olunub. Piyadaların ehtiyatsız davranışı sürücüyə təhlükəli anlar yaşadıb.

Yaranmış vəziyyətdən narazı qalan sürücü səs siqnalı verərək piyadalara iradını bildirib və yolu keçərkən diqqətli olmağa çağırıb. Lakin piyadalar səhvlərini etiraf etmək əvəzinə sürücüyə qışqıraraq özlərini haqlı göstərməyə çalışıblar.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən piyadalar yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, nəqliyyat vasitələrinin hərəkətini və sürücülərin təhlükəsizliyini nəzərə almalıdırlar. Qaydaların pozulması təkcə inzibati məsuliyyət yaratmır, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə də səbəb ola bilər. Hər bir yol iştirakçısının diqqətli və məsuliyyətli davranması ümumi təhlükəsizliyin əsas şərtidir.

Nərmin

Oxunub 278

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью